Jerar Depardyeni heyran qoyan azərbaycanlıbackend

Jerar Depardyeni heyran qoyan azərbaycanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur fransız aktyoru Jerar Depardye azərbaycanlı rəssam Məryəm Ələkbərlinin işlərinə heyran qalıb.

Bu barədə Paris-normandie.fr. saytı xəbər yayıb. Bildirilir ki, Depardye Ələkbərlinin yaşıl rəngin üstünlük təşkil etdiyi əl işi ilə iki ay əvvəl tanış olub. O həmin əsəri Parisdəki evində asıb və bundan sonra Məryəm Ələkbərliyə orta ölçülü daha 5 əsər sifariş edib.

Qeyd edək ki, Məryəm Ələkbərli 4 iyul 1991-ci ildə Azərbaycanda anadan olub. Bakıda oxuyub, Moskva və Parisdə təhsilini davam etdirib.

Məryəm Azərbaycan Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin keçmiş rəhbəri Fatma Abdullazadənin qızıdır.