İsrail düyməni basdı – Analitiklərdən şokbackend

İsrail düyməni basdı – Analitiklərdən şok

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı Naqura və Yarin bölgələrində “Hizbullah”ın hərbi hədəflərinə hücum edib.
Bundan əlavə, ordu son bir neçə saat ərzində Livandan İsrailin şimalındakı Ərəb əl-Aramşe kəndi istiqamətində bir neçə tank əleyhinə raket və PUA buraxılışının qeydə alındığını bildirib. Hücum nəticəsində 6-sı ağır olmaqla 14 hərbçi yaralanıb.
ABŞ rəsmiləri İsrailin hərbi cavabının İran ordusuna və Tehranın kənarda dəstəklədiyi qüvvələrə zərbələr endirməkdən ibarət olacağını gözləyirlər.
“NBC News” kanalı xəbər yayıb.
İsrailin İrana cavabının da məhdud şəkildə olacağı gözlənilir.
İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələnəcək. Əgər indiyə qədər İsrail və İran bir – birindən istifadə edərək öz siyasi mövqelərini tərəfdaşları yanında gücləndirirdilərsə, son baş verənlər Tel – Aviv və Tehranın dəyişikliklərə məhkum olmasını göstərir. Tribunainfo.az-ın analitik şöbəsi belə xəbər verir. İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq. Baş verənlər fonunda İsrail ya irəliyə doğru hərəkət edəcək, ya da hazırda olan şansını itirmiş olacaq.
Amma unutmamalıyıq ki, qlobal mərkəzlər həm İranın, həm də İsrailin mövcudluğunda və regional tərəzi olmalarında maraqlıdırlar.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsraildəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib, hücum dalğası təxminən beş saat davam edib. Daha sonra “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atdığını bildirib.

Roman