İraqın Bəsrə şəhərində xalq üsyanı : Etirazçılar hökumət binaların yandırdılarbackend

İraqın Bəsrə şəhərində xalq üsyanı : Etirazçılar hökumət binaların yandırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Bəsrə şəhərində hökumətə qarşı başladılan etiraz aksiyaları davam edir.

Avropa.info xəbər verir ki, Bəsrədə etirazçılar ilə polis arasında çıxan toqquşma nəticəsində 17 adam həyatını itirərkən yüzlərlə insanın yaralandığı bildirilir.

İşçisizlik, 2 aydır elektrikin kəsintisi, suyun olmaması, bahalaşma, rüşvətxorluq və hökumətin siyasətinə qarşı başadılan etiraz aksiyası qanlı toqquşmalara çevrilib. Etirazçılar Bəsrə icra hakimiyyəti ilə məhkəmə binasını yandırıblar.

Dünən isə etirazçılar İran dəstəkli “Haşdi Şəbi” qruplaşmasına daxil olan “Bədir Briqadası”, “Asaib Ehlul Haqq”, “Nüceba” qruplaşmalarının binalarını, rayon məclis sədrinin ofisini, İrakiye TV, Nexil TV və İran konsulluğunun binalarını yandırıblar. Bundan başqa keçmiş baş nazir Nuri əl Malikinin sədri olduğu “Dəvət” partiyasının ofisi də atəşə verilib.

Hökumət 2 dəfə şəhərdə fövqəladə vəziyyət elan etsə də, etirazçılar yenidən küçələrə axışıblar.

Bu arada İraq Kürdüstanı Regional hökumətinin başçısı Məsud Bərzani etirazçılara dəstək məktubu göndərib. Məktubda İraqın ən zəngin şəhərinin yoxsulluqla üzləşməsindən təssüfünü dilə gətirən Bərzani, bəsrəlilərin tələblərinin çox bəsit və imkansız olmadığını bildirib.

“Bəsrəlilərin tələblərini dəstəkləyərkən, şəhərə humanitar yardım göndərməyə hazırıq”- Bərzani məktubunda belə yazıb.