İnsultun qarşısının alınması üçün sadə tədbirlərbackend

İnsultun qarşısının alınması üçün sadə tədbirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin alimləri müəyyən ediblər ki, intensiv fiziki fəaliyyət, o cümlədən aktiv ev tapşırıqları və televizor ekranı qarşısında vaxtın məhdudlaşdırılması insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Stroke” jurnalı məlumat yayıb. 400 000-ə yaxın könüllünün 8 il ərzində apardığı daimi müşahidələr kifayət qədər maraqlı mənzərəni ortaya çıxarıb. Həmin səkkiz il ərzində 6983 insult hadisəsi qeydə alınıb. Eyni zamanda, könüllülərin həyat tərzi, iş, istirahət və fiziki aktivlik məlumatlarını təhlil etdikdə, daha aktiv fiziki həyat tərzi keçirənlərin insult riskinin 17 faiz aşağı olduğu məlum olub.

Alimlər həmçinin müəyyən ediblər ki, çox uzun yatmaq, tez-tez avtomobil və ya ictimai nəqliyyatda hərəkət etmək, gəzintiləri məhdudlaşdırmaq, həmçinin qadcetlərlə və ya televizor ekranı qarşısında çox vaxt keçirmək vərdişləri insult ehtimalını 43 faiz artırır. Bütün bunlara əsaslanaraq, çinli alimlər həyat tərzini daha sağlam və aktiv etmək üçün tez-tez gəzməyə, aktiv fiziki həyat sürməyə, o cümlədən ev işləri, təmizlik işləri və s. görməyi məsləhət görür.