Ermənistan parlamentində Serj Sarkisyana qarşı məşəl şousu-VİDEObackend

Ermənistan parlamentində Serj Sarkisyana qarşı məşəl şousu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin iclasının gedişində müxalifətçi “Yelk” fraksiyasının nümayəndələri Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı məşəl şousu təşkil ediblər.

“Biz hamını aprelin 13-də Azadlıq meydanına toplaşmağa və Serj Sarkisyanın baş nazir təyin edilməsinin qarşısını almağa, Respublika partiyasının hakimiyyətinə son qoymağa çağırırıq”, – fraksiyanın üzvü Ararat Mirzoyan deyib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki. daha sonra deputat hamını “azadlıq məşəli” yandırmağa səsləyib və əlindəki tüstü məşəlini yandırıb.