Ermənistan daha 36 ölü həbçi barədə məlumat yaydı-hələlik 4811 ad açıqlanıbbackend

Ermənistan daha 36 ölü həbçi barədə məlumat yaydı-hələlik 4811 ad açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi Qarabağ döyüşlərində məhv edilmiş daha 36 hərbçinin siyahısını açıqlayıb.

TİA.AZ bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumatda bildirilir ki, məhv edilmiş hərbçilər Qarabağdakı qondarma rejimin “ordu”sunda xidmət keçirmiş. Bununla da Qarabağdakı terrorçu rejimin itkilərinin sayı 1815-ə çatıb.

Ermənistan Müdafiə Nazirliyi isə 2996 ölü hərbçi ilə bağlı məhkəmə tibb ekspertizasının başa çatdırıldığını elan edib. İndiyədək Ermənistan rəsmi qaydada 4811 itki verdiyini açıqlayıb. Amma işğalçı ölkə hələ də itkin hərbçilərlə bağlı araşdırmaları davam etdirir.