Ermənilər tonqallar qalayır, kəndləri vermir – Bakı isə nə etməyi bilir…backend

Ermənilər tonqallar qalayır, kəndləri vermir – Bakı isə nə etməyi bilir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxın qaytarılan 4 kəndi ilə bağlı ermənilər tonqallar qalayıb etiraz aksiyası keçirirlər. Polis hadisələri sakitləşdirməyə çalışır. Əhalinin müqaviməti gözlənilən idi. Lakin məhəlli, lokal xarakter daşıyır. Yəni genişmiqyaslı, xalq kütlələrinin üsyanı ilə nəticələnən mitinqlər keçirilmir. Odur ki, polis kənd camaatını ram edə biləcək. Bu mövzuda danışan siyasi ekspertlər hadisələrin cızığından çıxmasını gözləmir. Çünki beynəlxalq birlik də qərarı alqışlayır: ABŞ, Aİ, BMT razılaşmanı təqdir edir. Paşinyan isə anlaşmanı şişirtməyin əleyhinədir. O deməkdir ki, faciə baş verməyib erməni xalqı üçün.
Təhlilçilərə görə, delimitasiya prosesi ağrılı keçə, müəyyən təxribatlar ola, mübahisələr meydana çıxa bilər. Lakin yekunda ilk dəfə sərhədlər dəqqiləşəcək. Analitiklər bunu Ermənistanın bir dövlət kimi ərazisinin haradan başlayıb harada bitdiyini müəyyən edəcək. Ona görə də 100-150 kənd sakini bu məsələlərdə epizodik, emosional personajlardı…
Azərbaycan isə yenə də təmkinli, ağıllı siyasət yürüdəcək. Bakı nə etməyi bilir. Paşinyan da anlayır. Əgər Nikol aksiyaları yatıra bilməsə, rəsmi anlaşmaya əsaslanaraq Azərbaycan əsgəri ərazilərə daxil olub postlar qura bilər. Buna tam hüququmuz çatır. Razılaşma əsasında hər iki tərəfin sərhədçiləri eyni vaxtda, paralel şəkildə öz ərazilərində dayanacaqlar. Bu da vəziyyəti izah anlamağa kömək edir.

Roman