Əliyev Zelenskini Bakıya dəvət etdibackend

Əliyev Zelenskini Bakıya dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev X sosial şəbəkəsindəki hesabında məlumat verib.

O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb:

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.