DTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları – VİDEObackend

DTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun saxlanılması ilə bağlı görüntülər yayıb.

Görüntülərdən aydın olur ki, Zakir Sultanov Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsəyib.

Z.Sultanov istintaq zamanı bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı şirkətlə 11 milyon manatlıq müqavilə bağlanıb:

“Həmin puldan şirkətə yeddi milyon manata yaxın məbləğ ödənilib. Şirkət rəhbəri Şamxal Ağaşirinov o puldan 500 min manatını mənə verib”.

Şirkət rəhbəri Şamxal Ağaşirinov isə bildirib ki, layihə ilə bağlı 11 milyon manat dəyərində müqavilə bağlanıb:

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin puldan altı milyon manatı şirkətimizə ödənilib. Dörd milyon manat pul qalıb. Bu vəsaitin 20 faizini, yəni 900 min manatını avadanlıq almaq adı ilə Z.Sultanova xidməti otağında vermişəm”.

Keçmiş xidmət rəisi isə əlavə edib ki, Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Mədəniyyət Evinin təmiri üçün altı milyon manata yaxın pul şirkətin hesabına köçürülüb:

“Şirkət bu vəsaitdən 751 min manatı mənə çatdırıb”.