Döyüş yoldaşlarını vurulmuş helikopterdən xilas edən şəhid pilotumuz (VİDEO)backend

Döyüş yoldaşlarını vurulmuş helikopterdən xilas edən şəhid pilotumuz (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Ramiz Qasımov olub.
 
TİA.AZ bildirir ki, Baku TV şəhid zabitimiz haqqında geniş reportaj hazırlayıb.

Ramiz Qasımov 27 il idi ki, Vətən üçün əlindən gələni edirdi. O, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərinin iştirakçısı olub. İyul döyüşlərində düşmənin texnikasını məhv edən pilotlardan biri idi Ramiz Qasımov. Eyni zamanda, 27 sentyabrda başlayan əks-hücum əməliyyatlarında da irəli atılan ilklərdən olub.
R.Qasımov vurulmuş helikopterdən döyüş yoldaşlarını xilas etməyə də müvəffəq olub.
Onun haqqında hazırlanmış reportajı təqdim edirik: