DEPUTAT MƏŞHUR MƏMMƏDOV FAZİL MUSTAFAYA SUİ-QƏSDDƏN DANIŞDI: “GÖRÜNÜR Kİ…”backend

DEPUTAT MƏŞHUR MƏMMƏDOV FAZİL MUSTAFAYA SUİ-QƏSDDƏN DANIŞDI: “GÖRÜNÜR Kİ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dəyərli həmkarım Fazil Mustafaya olan sui-qəsdin, terror hücumunun icraçıları və sifarişçiləri tez bir zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycanın peşəkar hüquq-mühafizə orqanlarının cinayətkarları üzə çıxaracağına əminik. Bu hadisə təkcə millət vəkilinə yox, Azərbaycana tuşlanan güllələrdir.
Görünür ki, destruktiv və terrorçu qüvvələr ölkə daxilində sabitliyi pozmaq, əhali arasında panika yaratmaq istəyirlər. Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər və bu terrorçu şəbəkələr ifşa olunacaq”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib.
Deputatın sözlərinə görə, istintaq bu terror hadisəsinin arxasındakı qüvvələri qısa zamanda üzə çıxaracaq: “Fazil Mustafaya olan silahlı hücumda xarici barmağın olub-olmaması da müəyyənləşəcək. Heç kim Azərbaycanla bu dildə danışa bilməz. Ölkənin içərisində qarışıqlıq yaratmaq istəyənlərin, hansısa paytaxtlardan sifariş alanların arzusu ürəyində qalacaq. Biz dövlətimizə inanırıq və hörmətli Fazil bəyə şəfalar diləyirik”.