Dəhşətli qəzada ölən 6 qadın – Pambıqçı imiş + Yenilənirbackend

Dəhşətli qəzada ölən 6 qadın – Pambıqçı imiş + Yenilənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TİA.AZ APA-ya istinadən xəbər verir ki, Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ölənlər pambıqçılar olub. Belə ki, traktorun qoşqusu kanala aşıb, nəticədə 6 qadın boğulub.

Hadisə şahidlərindən zərərçəkmiş bir nəfər xəstəxanaya aparılıb.

Həlak olanların cəsədləri ailələrinə təhvil verilib.

***

İcra hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, Sabirabadın icra başçısı Nazim İsmayılov da hadisə yerində olub.

***

Sabirabaddan seçilən deputat Rüstəm Xəlilov hadisə barədə “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, ölənlər Şəhriyar kəndinin sakinləridir: “ Mən hazırda işdəyəm. Amma hadisə barədə məlumatlıyam. Allah dünyasını dəyişən qadınlara rəhmət eləsin”.

TİA.AZ