Gözlər Astanada… Bayramovla Mirzoyan nələrdə razılaşacaq? – Şərhbackend

Gözlər Astanada… Bayramovla Mirzoyan nələrdə razılaşacaq? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstanda keçiriləcək nazirlərin görüşü danışıqların önəmli dövrünə təsadüf edir. Fikrimcə, tərəflər blokadada olan nəqliyyat kommunikasiyalarının açılması və hazırda davam edən delimitasiya işlərinin sərhədin digər istiqamətlərində də aparılmasını müzakirə edəcəklər”. Bu sözləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova bildirib.

Onun zənnincə, Astanada xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyan sülh danışıqlarını da müzakirə edəcəklər. Onun sözlərinə görə, qarşıda çərçivə sazişi ola bilər: “Üstünlük ondandır ki, ikitərəfli danışıqlar aparılır, vasitəçi yoxdur. Bu, iki tərəfi də qane edir. Sülh müqaviləsinin imzalanması uzaqda deyil, əgər bu templə danışıqlar davam edərsə… Amma Ermənistan içəridə çalxalanır. Paşinyan sabitliyi bərqərar edə bilsə, yola, davam etmək mümkün olacaq. İçəridə olan etirazlar hakimiyyəti sülh danışıqlarında tormozlayır və tərəddüd yaradır. Amma aksiyalarda kütləvilik yoxdur və qısa müddət sonra proses tənzimlənəcək. Ona görə də Astana danışıqları inkişaf etdirilməli, Tiflisdə, dövlət sərhədində davam etməlidir”. Ekspert görüşdə delimitasiya, kommunikasiyalar və sülh mətnini müzakirə edəcəklərini hesablayır.

Roman