Çınqılın tonunu 9 manata satdıbackend

Çınqılın tonunu 9 manata satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daş alıb pulunu verməyən şəxs saxlanılıb.

TİA.AZ-ın DİN-ə istinadən verdiyi xəbərə görə, İlqar adlı şəxs 2015-ci ilin iyul ayında Azad Cəlilovun Siyəzən rayonu ərazisində yerləşən daş karxanasından ümumi dəyəri 33 min 189 manat olan tikinti materialını əvəzsiz olaraq alaraq pulunu mənimsəyib.

Axtarışa verilən Bakı şəhər sakini İlqar Məmmədov Quba RPŞ əməkdaşları tərəfindən 01 aprel tarixində rayon ərazisində saxlanılaraq istintaqa təqdim edilib.

Ətrafında keçirilmiş tədbirlərlə məlum olub ki, İ.Məmmədov zərərçəkmiş A.Cəlilovdan dələduzluq yolu ilə əldə etdiyi çınqıl materialını qabaqcadan külli miqdarda borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova hər tonu 9 (doqquz) manatdan sataraq borcunu ödəyib.

Qeyd edilən faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.