“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” gömrük qaydalarını pozubbackend

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” gömrük qaydalarını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC gömrük qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə 27 may tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Zaur Hüseynovun icraatındadır.

QSC-nin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar