İrəvan Xankəndidən köçən ermənilərin pullarını necə “fırladır”?backend

İrəvan Xankəndidən köçən ermənilərin pullarını necə “fırladır”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Qarabağ erməniləri ilə bağlı bir neçə yeni qayda və proqram hazırlayıb. Son günlər bu məsələ ətrafında xeyli müzakirələr də aparılıb. Həmin proqramlarda Qarabağdan könüllü köçmüş ermənilərə dəstəyin verilməsi nəzərdə tutulsa da, Paşinyan hökuməti onların pullarını kəsmək üçün bir çox vasitələrdən yararlanmağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, əsas problemlərdən biri də yaşlı və yataq xəstəsi olan ermənilərə verilən aylıq müavinətlə bağlıdır. “Vətəndaş Hüquqlarının Müdafiəçisi” QHT-nin rəhbəri Karen Hekimyan bildirir ki, hər ay verilən 50 min dram yardım yoxa çıxır. Onun sözlərinə görə, bu pullar bankla vətəndaş arasında it-bata düşür. “Gənc ermənilər vaxtında gedib pullarını bankdan çəkə bilirlər. Lakin yaşlılar bunu edə bilmirlər. Xüsusən də fiziki əngəllilər lap çətin vəziyyətdədir. Paşinyan hökumətinin tələbi budur ki, həmin pul karta köçürülə bilməz. Həmçinin şəxsin özü gedib götürməli və başqasına isə bununla bağlı etibarnamə vermək hüququ da yoxdur. Nəticədə, aylıq 50 min dram bankda qalır və onu götürmək mümkünsüzə çevrilir”.

Amma Hekimyan problemin bununla bitmədiyini qeyd edir. O qeyd edir ki, həmin pul bir aydan artıq hesabda qalarsa, dərhal geri qaytarılır. Yəni, bank pulu hökumətə transfer edir. “Bu da o deməkdir ki, həmin pulu almaq mümkün deyil. Banklar problemin onlardan deyil, hökumətin yeni qaydalarından qaynaqlandığını bildirirlər”.