Yunanıstanda insanların peyvəndləməyə marağını artırmaq üçün qeyri-adi üsula ət atılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, hökumət peyvənd olunan gənclərə 150 avro pul mükafatı verməyə qərara alıb. Bu barədə ölkənin baş naziri Kiryakos Miçotakis açıqlamasında bildirib: “İlk doza peyvəndi vurduran gənclərin hər birinə 150 avroluq kart veriləcək. Bu bizim gənclərə olan borcumuzun və dəyərimizin nümunəsidir”.
Məlumata əsasən, 18-25 yaş arası 940 min gənc ilk doza peyvəndləmədən dərhal sonra, yaxud ilin sonunadək 150 avronun sahibi olacaq.Qeyd edək ki, 11 milyon əhalisi olan Yunanıstanda əhalinin 33 faizi tam peyvənd olunub.