Bu ölkədə 14 yaşdan kiçiklər üçün sosial media qadağası qoyuldubackend

Bu ölkədə 14 yaşdan kiçiklər üçün sosial media qadağası qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis Florida ştatında 4 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən və 16 yaşından kiçiklərin girişini məhdudlaşdıran qanunu imzalayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, DeSantis, 14 yaşından kiçik uşaqların sosial media hesabı açmasını qadağan edən və 14-15 yaşlı uşaqların valideynlərinin icazəsi ilə hesab açmasına icazə verən qanunla bağlı açıqlama verib.

Qubernator DeSantis, sosial medianın uşaqlara depressiya, özünə zərər vermə və intihar kimi müxtəlif yollarla zərər verdiyini bildirdi.

DeSantis, uşaqların yaş yoxlama xüsusiyyəti ilə pornoqrafik internet saytlarına daxil olmasının qarşısını almağı hədəfləyən qanunun valideynlərə uşaqlarını qorumaq imkanı verəcəyini bildirib.

Qanun layihəsi ilə 14 yaşından kiçik uşaqların sosial media platformalarında hesab açmasının qarşısı alınacaq və mövcud hesablar silinəcək.