Braziliyada torpaq sürüşmələrinin sayı getdikcə ağırlaşırbackend

Braziliyada torpaq sürüşmələrinin sayı getdikcə ağırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada həddindən artıq yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 27-yə yüksəlib, 6 nəfər isə hələ də itkin hesab olunur. Təxminən 7 min 300 adam evlərini tərk etmək məcburiyyətində qaldı.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Braziliyanın Espirito Santo əyaləti və Rio de Janeyro şəhərində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 27-yə yüksəlib.

Səlahiyyətlilər Espirito Santoda daşqın və torpaq sürüşməsi nəticəsində 19 nəfərin, Rio-de-Janeyroda isə 8 nəfərin öldüyünü bildirib.

Təxminən 7300 nəfərin evini tərk etməli olduğu, 6 nəfərin itkin düşdüyü qeyd edilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva mətbuata verdiyi açıqlamada həyatını itirənlərin ailələri ilə həmrəy olduğunu və təbii fəlakətdən zərər çəkənlərə yardımların ediləcəyini bildirib.

Güclü yağış və tufanların bir müddət də davam edəcəyi paylaşılıb.