“Biz Məşhur Məmmədova səs verəcəyik” – Masallı ağsaqqalları seçimini etdilər (FOTOLAR)backend

“Biz Məşhur Məmmədova səs verəcəyik” – Masallı ağsaqqalları seçimini etdilər (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədov Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının qərargahında rayon ağsaqqalları ilə görüş keçirib. Yüzlərlə rayon ağsaqqalının qarşısında çıxış edən Məşhur Məmədov bildirib ki, Masallı ictimaiyyəti hər zaman ağsaqqal sözünə, xeyir-duasına xüsusi yanaşıb: “Bu əsrlərdən gələn tarixi ənənədir.

Əgər bu gün rayonun ağsaqqalları məni seçib, mənə etimad göstərirsə, bu mənim üçün böyük fəxrdir. Zala baxıram, çoxlu sayda ağsaqqalımız mənimlə görüşə gəlib. Çox istərdim ki, mən özüm onların hər birinin ayağına gedim.

Lakin sayları kifayət qədər çoxdur və kütləvi şəkildə mənim tədbirimə qatılmaqla böyük şərəf verirlər”. Çıxış edən Masallı ağsaqqalları bildiriblər ki, Məşhur Məmmədov bütün şüurlu fəaliyyətini xeyriyyəçiliyə həsr edib. O, kifayət qədər dövlətçi ziyalıdır.

Təsadüfi deyil ki, bu gün hakim partiya – Yeni Azərbaycan Partiyası onun namizədliyini irəli sürüb. İnanırıq və şübhə etmirik ki, 70 saylı dairənin seçiciləri 9 fevral seçkilərində ölkəmizin dünəninə, bu gününə, sabahına – Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Məmmədova səs verəcək. Görüşdə ağsaqqalların fikir, təklif və məsləhətləri dinlənilib, onları narahat edən məsələlərin həll yolları müzakirə edilib.


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/