Bəhruz Şirəliyevin “Zeytun Pharmaceuticals”i cərimələnirbackend

Bəhruz Şirəliyevin “Zeytun Pharmaceuticals”i cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zeytun Pharmaceuticals” MMC barəsində protokol tərtib edilib.

Valyuta.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İş Abşeron Rayon Məhkəməsinin hakimi Abusət Qasımovun icraatındadır.

Protokol təsdiq olunarsa, “Zeytun Pharmaceuticals” yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilə bilər.

Bildirək ki, “Zeytun Pharmaceuticals” MMC-nin sahibi Bəhruz Şirəliyev Əvəz oğludur. MMC-nin nizamnamə kapitalı isə 2000 AZN, hüquqi ünvanı isə Bakı Şəhəri Nizami Rayonu, Oqtay Vəliyev, ev 21C-dir.