“Azərsığorta”nın rəhbərliyində yeni təyinat – EKSKLÜZİVbackend

“Azərsığorta”nın rəhbərliyində yeni təyinat – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsığorta” şirkətinə idarə heyətinin sədrinə müşavir təyin edilib. Tia.az-ın sığorta bazarında əldə etdiyi məlumata  görə, Vüqar Babakişiyev  mart ayından etibarən idarə heyətinin sədri Məmməd Məmmədovun müşaviri kimi vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, V.Babakişiyev 2001-ci ildən “Azərsığorta”  şirkətinin sədrinin müşaviri vəzifəsində işləməyə başlayıb. Daha sonra şirkətin Beynəlxalq Əlaqələr və Təkrarsığorta Departamentinin direktoru təyin edilib. 2017-ci ilin əvvəlinə qədər “Azərsığorta”nın idarə heyətinin üzvü olub. 2017-ci ilin yanvar ayında “Günay Sığorta”nın idarə heyətinin sədri təyin edilib. Ötən ilin sonundan isə həmin sığorta şirkətindən ayrılmışdı.