Azərbaycanlı aktrisa məşhur verilişdə: “Ərim çirkindir, amma…”backend

Azərbaycanlı aktrisa məşhur verilişdə: “Ərim çirkindir, amma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc Tamaşaçılar Teatrının aktrisası, ailə qurduqdan sonra Türkiyəyə köçən Nigar Bahadırqızı həyat yoldaşı Ersel Aktarla Fox TV-də yayımlanan “Yaparsın aşkım” müsabiqəsinə qatılıb.

Musavat.com xəbər verir ki, avtomobil üçün mübarizə aparan cütlüyün tanışlıq hekayəsi maraqla qarşılanıb. Akrisa bildirib ki, əri ilə sosial şəbəkədə tanış olub:

“İki il mənə mesaj yazdı. Sonra gördüm ki, “Facebook”da dostluq siyahımda var. Yazdıqlarını səsli oxudum. Anam dedi ki, ona yaz ki, gəlsin. Bakıya gələcəyini düşünmədim. İki gün keçdi, telefon nömrəmi dostlarımdan tapıb, zəng vurdu ki, gəlmişəm, şəhəri tanımıram. Taksiyə minib, onu qarşılamağa getdim. Gördüm ki, qapıdan bir oğlan girdi, çirkindir, amma xarizmatikdir. Evə gəldi, anamla danışdı. Anam heç kəsi bəyənmirdi, amma çaya qənd ataraq məni ona verdi. Ərim Türkiyəyə qayıtdı, 2 ay sonra gəlib nişan etdi. 9 ay sonra toyumuz oldu”.

Daha sonra aparıcı İlker Ayrık proqramda Xocalı faciəsində şəhid olanlar xatırlayıb.

Sonda cütlük finala vəsiqə qazana bilməyib.