Azərbaycanda 2 milyon dövriyyəsi olan dövlət şirkəti 3 milyona məsləhətçi axtarırbackend

Azərbaycanda 2 milyon dövriyyəsi olan dövlət şirkəti 3 milyona məsləhətçi axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Sənaye Korporasiyası ASC törəmə müəsissəsi olan Azəripək MMC-nin strategiya planının hazırlanmasına dair məsləhətçi şirkətin cəlb olunması üçün elan etdiyi tenderlə bağlı şübhəli məqamlar üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev MMC ilə bağlı açıqlanan məlumatlar əsasında araşdırma aparıb. Araşdırmada məlum olub ki, şirkətin dövriyyəsi 2 milyon dollar cinarındadır:
“2019-cu ildə bu şirkət 40 tondan çox xam ipək istehsalını proqnozlaşdırırdı. Dövriyyəsini başa düşmək (təəssüf, amma ASK ümumiyyətlə, hesabatlarını bölüşmür) üçün qeyd edə bilərəm ki, 2019-cu ildə şirkət xaricə 18,75 ton xam ipək ixrac edib. Onun da gömrük dəyəri 724,5 min dollar təşkil edib. Başqa sözlə şirkətin cəmi dövriyyəsi 2019-cu ildə xam ipək 1,5 milyon dollardan yüksək olmamalı idi. Bundan başqa şirkət xam ipək parça, kəlağayı və güllü çitmə istehsal edir. Bu da müvafiq qiymətlərə görə 0,5 milyon dollardan çox olmamalıdır. Yəni 2019-cu ildə şirkətin dövriyyəsi ən yaxşı halda 2 milyon dollar civarında idi.