“Avroviziya 2019”: ilkin iddiaçılarbackend

“Avroviziya 2019”: ilkin iddiaçılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 7-dək ev sahibi İsrail daxil olmaqla 24 ölkə “Avroviziya 2019”da iştiraka ilkin razılıq verib.

Mahnı müsabiqəsi 2019-cu ilin mayında keçiriləcək. Novator.az bildirir ki, Almaniya, Azərbaycan, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Serbiya, Sloveniya, Ukrayna “Avroviziya 2019”da iştiraka hazır olduqlarını açıqlayıblar.

İctimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışının qaydaları qalibə növbəti müsabiqəni təşkil etmək hüququ verir. Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi “Avroviziya 2018”də israilli müğənni Netta Barzilay qələbə çalıb.