Atası qədər “Qızıl ulduz” və qəhrəman adı alan kosmonavt qadın – Marşal qızı Savitskayabackend

Atası qədər “Qızıl ulduz” və qəhrəman adı alan kosmonavt qadın – Marşal qızı Savitskaya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, hələ yeniyetməlik yaşlarından ailədə sərbəstliyini təmin edib, gələcəkdə təhsil və peşə seçimi, fəaliyyəti ilə bağlı özü müstəqil qərarlar verib. Sonralar jurnalistlər marşal rütbsi daşıyan atasına bu haqda sual verəndə, Yevgeni Savitski bu sualı qısa və konkret cavablandırıb:

“Mən qızımın tərbiyəsi ilə heç vaxt məşğul olmamışam, buna heç vaxtım da olmayıb. Svetlananın tərbiyəsi ilə məktəb, komsomol, bir də ki, “DOSAAF” məşğul olub…”

Marşal Savitski bəlkə də o vaxtlar heç ağlına da gətirməyib ki, qızının qazandığı titullar onun titullarından üstün olacaq.

Həqiqətən də, Svetlana Savitskaya SSRİ-də bir çox ilklərə imza atıb. O, SSRİ-də ilk qadın olaraq 36 yaşında ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub, 20 illik fasilədən, Valentina Tereşkovadan sonra kosmosu fəth edən ikinci qadın olub, dünyada açlq kosmosa çıxan ilk qadın da məhz Svetlana Savitskayadır.

image001_59a3f662c0355.jpg (80 KB)

Svetlana Savitskaya 1948-ci ildə Moskvada anadan olub. Atası uzun illər hərbi aviasiyada xidmət edib, leytenant rütbəsindən marşal rütbəsinə qədər yüksəlib. Sovet-alman müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə ən yüksək dövlət mükafatları ilə, o cümlədən iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Marşal həyat yoldaşı ilə elə müharibə illərində tanış olub. Lidiya Savitskaya da aviasiya hissəsində xidmət edib.

Svetlana Savitskaya ilk təhsilini Moskvada 637 nömrəli orta məktəbdə alıb. Dərslərinə davamiyyətində boşluqlar olsa da, o, məktəbi qızıl medalla bitirib. Daha sonra o, Kaluqa Aviasiya Texniki Məktəbində və Moskva Aviasiya İnstitutunda təhsilini davam etdirib.

Svetlana Savitskaya hələ məktəbdə təhsil aldığı illərdən aeroklubun və “DOSAAF”-ın nəzdindəki paraşütdən tullanma, aviasiya və uçuş dərnəklərində iştirak edib və bu sahəyə son dərəcə marağı ilə müəllimlərinin diqqətindən yayınmayıb.

843.jpg (95 KB)
Artıq 20-21 yaşlarında Svetlana Savitskaya paraşütdən tullanma növündə üç dəfə dalbadal dünya rekordunu yenilənib.

Svetlana Savitskaya 1978-ci ildən Moskva aviasiya zavodunda sınaqçı-təyyarəçi işləyib. Aviasiya sahəsinin bilicisi və bu sahənin nə qədər çətin olduğunu yaxşı bilən atası qızına onun fəaliyyətdin həmişə narahat olduğunu bildirib. Svetlana isə atasının bu narahatlığına yarızarafat, yarıciddi cavab verib: “Ata, başımızın üstündəki səma məni qane etmir. Mənim hədəfim kosmosdur. Ən azı sənin kimi sinəmdə iki qəhrəman ulduzu gəzdirməsəm, mən bu yoldan dönməyəcəm…”

Svetlana Savitskaya öz hədəfinə yetişib. 1980-ci ildə o, təyyarəçi kosmonavtlar dstəsinə qəbul olunub. 1982-ci avqustun 19-da ilk dəfə kosmosu fəth edib. Beləliklə, Svetlana Savitskaya Valentina Tereşkovadan sonra kosmosu fəth edən ikinci qadın olub. 7 sutka, 21 saat, 52 dəqiqə göylərin “qonağı” olan kosmonavt qadın birinci “Qizil ulduz”unu alıb.

177975078_0_0_0_0_600x0_80_0_0_7448f457f4949b09bfeb4a04557c13e5.jpg (145 KB)

İki ildən sonra, 1984-cü il 17 iyulda Svetlana Cavitskaya növbəti ilkə imza atıb. Orbitdə olduğu 19 sutka, 17 saat, 6 dəqiqənin 3 saat 33 dəqiqəsini o, açıq kosmosda keçirib. Svetlana Savitskaya dünyada ilk qadın olub ki, açıq kosmosa çıxıb. Bu ilkə görə də o, qəhrəman ulduzunun sayını atasının uludzları ilə bərabərləşdirib.

Kosmonavtlar arasında Svetlana Savitskaya ilə bağlı çox söz-söhbətlər gəzib, onun adı sevgi macəralarında kişi kosmonavtlarla hallanıb. Bu söz-söhbətə məhəl qoymayan qadın kosmonavt bütün şayələrə bir cümlə ilə cavab verib:

“Məgər siz bilmirsiniz ki, göylərdə sevişmək mümkün deyil. Elə bu səbəbdən də mənim “ulduz”um yerdədir…”
Svetlana Savitskaya kosmonavtla deyil, aviasiya mühəndisi və konstruktoru Viktor Xatkovski ilə ailə həyatı qurub. Onlar hələ gənclik illərindən tanış olublar. Cütlüyün 1986-cı ildə, Savitskayanın 38 yaşı olanda bir oğlan övladları dünyaya gəlib.

thumb.jpg (51 KB)

Svetlana Savitskaya 1993-cü ildə kosmonavtlar dəstəsindən rəsmi azad olunub. Bundan sonra onun əsas iş yeri Moskva Aviasiya İnstitutu olub. Texnika elmlər namizədi, dosent Savitskaya bu ali təhsil ocağında mühazirələr oxuyub.

Xanım kosmonavt 6 dəfə Rusiyanın Dövlət Dumasına deputat seçilib.

2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının aşılış mərasimində Rusiya Federasiyasının dövlət bayrağını qaldırmaq şərəfi də məhz Svetlana Savitskiyaya həvalə edilib.

Орденом_«За_заслуги_перед_Отечеством»_IV_степени_награждена_Светлана_Савицкая.jpeg (112 KB)

73 yaşlı xanım kosmonavt bu gün öz ölkəsinin ictimai həyatında fəallığı ilə fərqlənir. O, ən mötəbər tədbirlərə fəxri qonaq kimi dəvət olunur, xarici ölkələrdən Rusiyaya gələn qonaqlarla görüşür, təhsil müəssisələrində görüşlər keçirir və kütləvi informasiya vasitələri ilə sıx əlaqədə olur.

İlham Cəmiloğlu