Alman və niderlandlı alimlər Xəzər dənizinin səviyyəsinin təhlükəli enişi ilə bağlı proqnoz açıqlayıblar.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, dənizin səviyyəsi 2100-cü ilədək 9-18 metr enəcək. Tədqiqatların nəticələri “Nature Communications Earth & Environment” jurnalında dərc olunub. Qeyd edilir ki, bu problem ekoloji, iqtisadi və digər problemlərə səbəb olacaq.
Alimlər bu problemin koordinasiyalı həlli üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının himayəsi altında yox olmaqda olan göllər üzrə beynəlxalq işçi qrupu yaratmağa çağırırlar.