“43 min nəfərin narazı olması normaldır” – Nazirbackend

“43 min nəfərin narazı olması normaldır” – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Müəllimlərin işə qəbulu (MİQ) imtahanına 50 minə yaxın adam müraciət edib, lakin onlara cəmi 7 min yer ayrılıb. Rəqabət olan yerdə mübarizə var, yerdə qalan 43 min nəfərin narazı olması normaldır”.
 
TİA.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib.
O qeyd edib ki, nazirlik ədalətli imtahan keçirməyə çalışıb: “İmtahanlar çox rəqabətlidir. Bəzi fənlərdə əmsallar daha böyük olub. Lakin imtahanlar ədalətsiz təşkil olunmayıb”.