250-9500 manatlıq iş yerləri: Əslində reallıq necədir, onlar varmı? – Ekspertbackend

250-9500 manatlıq iş yerləri: Əslində reallıq necədir, onlar varmı? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İndiki halda deməzdim ki, boş iş yerləri var, insanlar işləmirlər, elə deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Dövlət Məşğulluq Xidmətinin vakansiya bankında 30 min və 250-9500 manatadək maaşı olan iş yerlərinin olmasına aydınlıq gətirəkən deyib. Ekspert qeyd edib ki, vakansiya bankında situasiya real vaxt rejimində dəyişir:
“Hər şey o qədər də sadə deyil. Onlar boş iş yerləri haqqında məlumatları orada yerləşdirirlər. Məsələ ondan ibarətdir ki, vətəndaş ora müraciət edir. Amma müəyyən parametrlərə uyğun gəlmir əsası ilə işə qəbul etmirlər. Yəni, bu iş yerlərinin bəziləri, hansı ki, daha yüksək əmək haqqı təklif edir, onlar müəyyən layihələr çərçivəsində, xarici şirkətlərin və yaxud da təşkilatların tələb etdikləri mütəxəsisi tapa bilməməsindən boş vakansiyalar günlər, bəzən isə aylarla sistemdə qala bilir.
Çünki həmin vakansiyalar çox yüksək parametləri olan mütəxəsislər tələb edirlər”.
250 manatlıq iş yerlərinə gəlincə, Rəşad Həsənov əslində o iş yerlərinin olmamasını qeyd edib:
“Ora kimlərinsə qəbul edilməsi çətindir. Bir başqa məsələ də var, baxır iş hansı səviyyədə gedir: İşsizlər kimlərdir? İş yerləri harada təklif olunur? Bu məqamlar var. Əslində 5 milyonluq məşğul əhali olan ölkədə bu 20-30 min, hətta vakansiyanın real vaxt rejimində olması başa düşüləndir. Ölkədə 170 mindən artıq aktiv vergi ödəyicisi var. Onların gündəlik qəbul etdiyi qərarlar var və kimisə işdən çıxarırlar, kimisə işə götürülər, yeni mütəxəsislər axtarırlar. Eyni zamanda xüsusi ilə də 250 manat ətrafında olan iş yerləri var ki, onlara tələb də azdır. Çünki qeyri-reqal əmək bazarında calışanlar ondan qat-qat artıq gəlir götürür. Ona görə də vakansiyalara müraciət etmirlər”.
Rəşad Həsənov vurğulayıb ki, işsiz insan vakansiyada qoyulan tələblərə uyğun gəlmir, yaxud da:
“Vakansiyada təklif olunan şərtlər, əmək haqqı vardır ki, bu, işsiz insanın parametrlərinə və tələblərinə uyğun gəlmir. Əmək bazarı hər zaman doymuş bazar olmur. Bu, mümkün də deyil”.
Qeyd edək ki, Dövlət Məşğulluq Xidməti hazırda vakansiya bankında 30 minə yaxın iş imkanı mövcud olduğunu açıqlayıb. Xidmət bildirib ki, vakansiyalar üzrə əməkhaqqı 250-dən 9500 manatadək dəyişir.