10 min metr yüksəklikdən yıxılaraq sağ qalan iş adamının stüardessa qızı – Maraqlı HƏYAT HEKAYƏSİbackend

10 min metr yüksəklikdən yıxılaraq sağ qalan iş adamının stüardessa qızı – Maraqlı HƏYAT HEKAYƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vesna Vuloviç 10.000 metr yüksəklikdən yıxılaraq sağ qalmağı bacarıb. Onun möcüzəvi şəkildə sağ qalmasının hekayəsi filmlərin mövzusudur.

“Möcüzə” olaraq xarakterizə edə biləcəyimiz hadisələr bütün dünyada baş verir. Bu hadisələrdən biri də 1972 -ci ildə faciəli bir təyyarə qəzasından sonra yaşanıb.

Hekayənin qəhrəmanı Vesna Vuloviç 3 yanvar 1950 -ci ildə Belqradda anadan olub. Onun atası iş adamı, anası isə fitness məşqçisi olub. 60-cı illərin məşhur ingilis rok qrupu olan “Bitlz”a olan heyranlığına əsaslanaraq Vesna Voloviç 20 yaşında ingilis dilini inkişaf etdirmək üçün İngiltərəyə gedib. Belqrad -London uçuşları zamanı stüardessa olmağa qərar verib. Qısa müddətdən sonra başına uzun müddət danışılacaq olan hadisə gəlib.

vesna vulović – Crtice iz historije

UÇUŞ SEVGİSİ …

Serbiyada yaşayan Vesna Vuloviç təyyarə səfərləri zamanı səyahətdən çox zövq alırdı. Stüardessaların gün ərzində fərqli ölkələrdə olması ehtimalı onu valeh edirdi. Buna görə də stüardessa olmaq uğrunda mübarizəyə başlayır. 1971 -ci ildə Vesna “JAT Airways” komandasına qoşulmaq imkanı qazanır. Onun qan təzyiqi həyatı boyu həmişə aşağı idi. Buna görə də bir stüardessa olmaq üçün tibbi müayinədən uğurla keçəcəyini düşünmürdü. Yenə də şansını sınamaq istəyir və ilk cəhdindəcə işə düzəlir. Bir müddət sonra olduğu təyyarə qəzaya düşdü və onun bu qəzadan sağ çıxması isə sovet ölkələrinə böyük səs saldı. Şans və dözümlülüyü sayəsində hətta “Ginnesin Rekordlar Kitabı”na düşdü.

Vesna Vulovic

26 yanvar 1972-ci il: Terror hücumu

8 aylıq karyerasından sonra Vesna Vuloviç Stokholmdan Belqrada “JAT 367” reysinə təyin edildi. Əslində onu Vesna adlı başqa bir stüardessa ilə səhv salaraq həmin reysə təyin etmişdilər. Normalda onun “JAT 367”də yerləşdirilməsi nəzərdə tutulmurdu. 26 yanvar 1972 -ci ildə ekipaj arasında çox gərgin bir atmosfer var idi. Hər kəs ailəsi üçün Stokholmdan hədiyyə almaq istəyirdi. Vesna da digər komanda yoldaşları ilə alış -verişə getmişdi. Təyyarənin pilotu isə baş verəcək fəlakəti öncədən bilirmiş kimi 24 saat ərzində otağından çıxmamışdı. Təyyarə saat 14:30-da yanacaq doldurmaq və heyətini dəyişdirmək üçün Kopenhagen Hava Limanına enir. Sərnişinlərin təyyarədən düşüb alış -veriş etmələri üçün qısa bir zaman var idi. Bu vaxt təyyarəni yalnız bir nəfər tərk etmir. Ehtimallara görə mümkün terror aktını da həmin şəxs planlaşdırıb.

Vesna Vulovic

Təyyarə yanacaq doldurduqdan sonra saat 15:15 -də Kopenhagendən havaya qalxıb. Təxminən 45 dəqiqə sonra, saat 16:01 -i göstərəndə baqajda partlayış baş verir. Təyyarə parçalandığı üçün pilotlar uçuşa müdaxilə edə bilmir. Bomba partlayan kimi kabin təzyiqi aşağı düşür, qapılar açılır və ekipaj daxil olmaqla təyyarədəki 27 sərnişinin hamısı ölür. Xoşbəxtlikdən, Vesna təyyarənin əsas gövdəsinin arxasında qalır. Təyyarə Çexoslovakiyanın bir kəndi üzərində qəzaya uğrayır. Buna görə də, yerə düşmə əsnasında ağaclar və qar toqquşmanın şiddətini azaldır. Hadisədən dərhal sonra orada yaşayan Bruno Honke adlı kənd sakini dağıntılara tərəf qaçır. O, əslində kimsənin sağ qalacağını gözləmirdi. Yenə bir ümid edərək dağıntılar ətrafında gəzir və stüardessanın yerdə yatdığını görür. Bruno Honke İkinci Dünya müharibəsi zamanı alman ordusunda feldşer olaraq xidmət edib. Daha sonra Bruno Honkenin köməyi ilə səlahiyyətlilər Vesnanı xəstəxanaya çatdırıb.

Möcüzəvi müalicə prosesi

Vesta Vuloviç xəstəxanada qaldığı ilk 10 gündə komada olub. Həkimlər də daxil olmaqla heç kim onun uzun yaşayacağını düşünmürdü. Kəllə sümüyü, qabırğaları, çanaqları, ayaqları, onurğası tamamilə sınmışdı. Sağ qalması möcüzə idi. Ancaq 10 aylıq müalicədən sonra yenidən gəzməyə başlayır. Həkimlər bu möcüzəni Vesnanın aşağı təzyiq hekayəsi ilə izah etdilər. Vesna aşağı təzyiqi səbəbiylə kabinəsindəki təzyiq aşağı düşən kimi huşunu itirib. Bu, düşmə zamanı ürək də daxil olmaqla, həyati funksiyalarını yerinə yetirən digər orqanların partlamasının qarşısını alıb.

Qəzadan bir gün sonra bir Xorvat millətçisi İsveç qəzetinə zəng edərək təyyarəni vurduğunu iddia edib. Ancaq təyyarənin içərisinə bomba qoyulduğuna dair heç bir dəlil tapılmayıb. Bu səbəbdən, Çexoslovakiya mülki aviasiya orqanlarının səlahiyyətli şəxsləri xaricində həbs olunan olmur. Xorvat millətçiləri ümumilikdə Yuqoslaviyanın hərbi və mülki işçilərinə qarşı 128 -dən çox terror aktı həyata keçiriblər. Buna görə də, Vesna xəstəxana otağında olanda ətrafı polislərlə əhatə olunur.

Təyyarədən düşmək Vesnanı heç də qorxutmadı. Ölümlə üzləşsə də, 10 aydan sonra yenidən uçmaq istədiyini söyləyib. Lakin hava yolu şirkəti sərnişinləri narahat etməmək üçün Vesnanın tələbini rədd edib. Yenə də işlədiyi hava yolunda ona bir iş verilib.

Vesna 2008 -ci ildə “New York Times”a verdiyi müsahibədə bunları deyib: “Qırıldım, parçalandım və həkimlər məni yenidən bir araya gətirdilər. Hər dəfə qəza haqqında düşünəndə sağ qaldığım üçün ağır bir günah hissi keçirirəm və ağlayıram … düşünürəm ki, bəlkə sağ qalmamalıydım”.

Vesna qəzadan sonra bütün müalicə təkliflərini rədd edib. Ruhi sağlamlığı yaxşı olmasa da, həyatın mənəvi tərəfinə diqqət yetirərək ruhi sağlamlığını yaxşılaşdıracağını düşünüb. Ömrünün sonuna qədər dindar bir pravoslav xristian olaraq yaşayıb. 2016 -cı ilin dekabrında Vesna evində ölü tapılıb. Ölüm səbəbi məlum olmayıb. Vesnanın qəzadan sağ çıxması da “Ginnesin Rekordlar Kitab”ına düşüb. O, “paraşüt olmadan ən yüksək düşmə” rekorduna sahibdir. Hələ heç kim onun rekordunu qırmayıb.

Turan Oruc