Zelenski Zalujnını hərbi xidmətdən azad etdi (FƏRMAN)backend

Zelenski Zalujnını hərbi xidmətdən azad etdi (FƏRMAN)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının hərbi xidmətdən azad edilməsi haqqında fərman imzalayıb.
Tribunainfo.az xəbər verir ki, prezidentin bununla bağlı fərmanı dövlət başçısı Aparatının tərəfindən dərc edilib.
“General Valeri Fedoroviç Zalujnı səhhətinə görə hərbi forma geymək hüququ ilə hərbi xidmətdən azad edilsin”, deyə fərmanda qeyd edilir.
Xatırladaq ki, fevralın 8-də prezident Volodimir Zelenski Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.