Rəisinin həlak olduğunu yerdən ilk görüntülər – FOTO-VİDEObackend

Rəisinin həlak olduğunu yerdən ilk görüntülər – FOTO-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerdən ilk görüntülər yayılıb. Tribunainfo.az xəbər verir ki, SEPAH-a yaxın Teleqram kanalları İbrahim Rəisi və helikopterdəkı digər şəxslərin həlak olduğunu bildirib.

Hadisə yerində olan ” Nasr” reportyoru da helikopterdəkilərin hamısinin həlak olduğunu bildirib.
Məhr agentliyi isə “İbrahim Rəisi İran xalqı qarşısında borcunu yerinə yetirərkən aviaqəzaya düşdü və faciəli şəkildə həlak oldu” deyə bildirib.
Qeyd edək ki, helikopterdə İran prezidenti İbrahim Rəisidən başqa 3 rəsmi şəxs olub:
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Məlik Rəhməti, Təbrizin imamı Məhəmməd Əli əl-Haşim. Onlar hamisi həlak olublar.