SEPAH-ın izi ola bilər – Ekspertdən versiyabackend

SEPAH-ın izi ola bilər – Ekspertdən versiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Azərbaycanla əlaqələrin normallaşması istiqamətində ciddi addımlar atır və sərhəddə gəlir. Prezidentlərin nəqliyyat vasitələri – avtomobili, qatarı və hava nəqliyyatı yüksək səviyyədə texniki imkanlara malik olur. İran prezidentinin Helikopterinin qəzaya düşməsi şübhəlidir və burada SEPAH izinin olmasını istisna etmirəm.

Tribunainfo.az yazır ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, İranda siyasi və hərbi sistemə nəzarət edən SEPAH daima anti-Azərbaycan siyasəti aparıb və hökumət bu istiqamətdə apardığı siyasətə təzyiq edib:

“Azərbaycanla İran arasında başlayan normallaşma prosesində belə bir hadisənin olması təssüf doğurur. İran prezidenti İ.Rəisinin olduğu helikopterin qəzaya uğramasını İsraillə əlaqələndirən bəzi xarici siyasi şərhçilər də var. İsrailin burada hər hansı rolu istisnadır. İran tərəfi bunu hava şəraiti ilə əlaqələndirirsə, problem daxili siyasi proseslərdən irəli gələ bilər. Bunu İran-Azərbaycan əlaqələrinə qarşı yönləndirənlər də olacaq.
Baş verənlər sıradan hadisə deyil. İki prezident dostluq mesajı vermişdi və çox ciddi layihələr həyata keçirilməsi razılaşdırılmışdı”.

Nigar