Gəncə sakinləri erməni terror nəticəsində dağılmış evlərinin bərpasını tələb edirlər- ŞİKAYƏTbackend

Gəncə sakinləri erməni terror nəticəsində dağılmış evlərinin bərpasını tələb edirlər- ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusu tərəfindən raket zərbələrinə məruz qalaraq, nəticədə ev-eşikləri dağıdılan onlarla ailə müharibənin başa çatmasıdnan 4 il keçməsinə baxmayaraq hələ də evsizdir. Tribunainfo.az xəbər verir ki, bunu evləri terror nəticəsində dağılmış şəxslər bildiriblər.

Onlar iddia edirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev 4 ildir ki, yüzlərlə Gəncə sakinini sözün həqiqi mənasında Kərbala müsibəti yaşatmaqdadır.

Şikayət məktubunda deyilir ki, Ramin Abdullayevin vətədnaşlardan daha çox öz biznes maraqlarının qeydinə qalması, xalqın faciəsindən belə şəxsi mənfəəti güdməsidir. “Elə bu səbəbdən də Ramin Abdullayev bu 4 il ərzində nəinki dağıdılkan evlərin bərpası istiqamətində heç bir addım atmayıb, vətəndaşların çarəsiz vəziyyətdə qalmasından istifadə edərək böyük sərvət əldə edib”.

Şikayətçilər bildirir ki, Prezident İlham Əliyev hələ müharibə dönəmində Gəncədə raket zərbələri nəticəsində dağıdılan evlərin bərpasına göstəriş vermiş, bunun üçün büdcədən milyonlarla manat məbləğində vəsait ayırmışdı. “Həmin vaxt bu missiya tutduğu vəzifə səbəbilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevə həvalə olunmuş, ona tapşırılmışdı. Lakin Prezidentin verdiyi göstərişə rəğmən Ramin Abdullayev bu tapşırığın icrasını məqsədli şəkildə ləngitmiş, prosesdən mümkün qədər qazanclı çıxmaq üçün müxtəlif yollara əl atmışdır. 700-dən çox ev və obyektin tikinti və təmiri prosesinə cavabdeh olan bu şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun “tövsiyəsi” ilə problemin həlli üçün özünə yaxın olan şəxslərin rəhbərlik etdiyi qondarma şirkətlərlə əlaqə yaratmış, dövlət vəsaitlərini “şapka” qarşılığında bu şirkətlərə yönəltmişdir. Nəticədə, Ramin Abdullayev, Namiq Hümmətov və daha bir neçə nəfər külli miqdarda vəsaitə sahib olsalar da, yüzlərlə vətəndaşın problemi həll olunmamış qalmışdır”.

Dövlət başçısına müraciət edən Gəncə sakinləri qeyd edirlər ki, başqa çıxış yolları qalmayıb. Vətəndaşlar hesab edir ki, yalnız Prezident İlham Əliyevin məsələyə müdaxiləsi bu problemin həllini təmin edə bilər.