Sumqayıtda 51 yaşlı qadını döyüb, telefonunu əlindən alıblarbackend

Sumqayıtda 51 yaşlı qadını döyüb, telefonunu əlindən alıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 15-i saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

Tribunainfo.az DİN-ə istinadən xəbər verir ki, hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəlüldlü İlqar Şirinov saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.