Zelenski etiraf etdi – “Ruslar irəliləyir”backend

Zelenski etiraf etdi – “Ruslar irəliləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qüvvələrinin irəlilədiyini etiraf edib və Qərbdən ölkəsini Ukrayna qoşunlarının cəbhə xəttində saxlamasına kömək edə biləcək hər şeyi təmin etməyi xahiş edib.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, Zelenski Brüsseldə qeyri-rəsmi sammit zamanı Avropa liderlərinə müraciətində deyib: “Onlar cəbhədə bizə təzyiq göstərirlər və tədricən irəli gedirlər”.

O, həmçinin bildirib ki, Rusiya silahlı komponentlə bağlı demək olar ki, hər şeydə, o cümlədən artilleriya, texnika və səmada fəaliyyət göstərmək bacarığında öz gücünü hiss edir.

Buna görə də o, ölkəsinin tərəfdarlarından mərmilər, hərbi maşınlar və pilotsuz təyyarələr də daxil olmaqla, “cəbhəni saxlamağa kömək edən hər şeyi” təmin etməyi xahiş edib.