Yuxudan oyana bilmirsiniz və yorğun hiss edirsinizsə bunu edinbackend

Yuxudan oyana bilmirsiniz və yorğun hiss edirsinizsə bunu edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər oyanmaqda çətinlik çəkirsinizsə və daim yorğun, halsız və bədbəxt hiss edirsinizsə, o zaman bahar detoksu ilə özünüzü yeniləməyin vaxtıdır.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, antioksidantla zəngin qidalarla yaradılan detoks müalicələrinin köməyi ilə bədəninizi toksinlərdən təmizləyib yay aylarına çox daha xoşbəxt və enerjili girə bilərsiniz.

Təbiətin bütün əzəməti ilə özünü yenilədiyi bu günlərdə enerjinizi artırmaq və ən əsası qış aylarında məruz qaldığınız toksiki yükü azaltmaq üçün hərəkətə keçməyə necə? Bahar ayları bədəninizi yormayan detoks proqramları üçün ən yaxşı vaxtlardır. Təəssüf ki, qış aylarında məruz qaldığımız güclü ekoloji çirklənmə, qeyri-sağlam qidalanma və istifadə etdiyimiz məhsulların tərkibindəki kimyəvi maddələr bədənimizin zəhərli yükünü artırır. Nəticədə yorğunluq, tükənmə, həddindən artıq yuxu və ya yuxusuzluq, əzələ və oynaqlarda gərginlik, asanlıqla xəstələnmək, baş ağrıları, bədbəxtlik və həyatdan həzz almamaq kimi bir çox sağlamlıq problemləri ortaya çıxır. Həyat keyfiyyətimizi aşağı salan bu əlamətlərdən xilas olmaq, qışın kirindən qurtulmaq və enerjimizi bərpa etmək üçün detoks müalicələrindən kömək almalıyıq.

Detoksla bağlı yayılmış yanlış fikirlərdən biri onun arıqlama üsulu hesab edilməsidir. Detoks arıqlama üsullarından biri deyil. Bunlar şüurlu qida seçimləri ilə bədəndən toksinləri çıxarmaq üçün qısamüddətli pəhrizlərdir. Daimi detoksda olmaq bədən sisteminin və tarazlığın ciddi şəkildə pozulmasına səbəb olur. Bu səbəblə detoks tətbiqləri 1, 3 və 7 günü keçməməlidir. Detokslar 6 ayda 3 dəfədən çox edilməməlidir. Toksin konsentrasiyanızdan asılı olaraq detoks ən çox ayda bir dəfə edilir.

Detoks tətbiqlərindən uğurlu nəticə əldə etmək istəyirsinizsə, ilk növbədə sağlam qidalanmaya diqqət etməlisiniz. Bundan əlavə, detokslar nəzarətli və şüurlu şəkildə edilmədikdə bədən tarazlığının və sisteminin pozulmasına səbəb ola bilər. Xüsusilə ciddi əsas xəstəliyiniz varsa, müntəzəm dərman qəbul edirsinizsə və hamiləsinizsə, detoks etməyin və bu cür müalicələri tətbiq etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Yeməklərinizi ümumiyyətlə eyni vaxtda yediyinizə əmin olun. Mümkünsə, iki dəfə yemək yeyin.

 

-Detoks zamanı bol su için.

 

-Detoks zamanı mütləq idman edin.

 

-Bu müddətdə xüsusilə işlənmiş ət, trans yağlar, qablaşdırılmış və şəkərli qidalardan uzaq durun.

 

-Saat 18:00-dan sonra meyvə yeməkdən çəkinin.

 

-Karbohidrat qəbulunuzu şəkərlə deyil, taxıl vasitəsilə almağa çalışın. Həmçinin lifli qidaları artırın.

Yeməklərinizi ümumiyyətlə eyni vaxtda yediyinizə əmin olun. Mümkünsə, iki dəfə yemək yeyin.

 

-Detoks zamanı bol su için.

 

-Detoks zamanı mütləq idman edin.

 

-Bu müddətdə xüsusilə işlənmiş ət, trans yağlar, qablaşdırılmış və şəkərli qidalardan uzaq durun.

 

-Saat 18:00-dan sonra meyvə yeməkdən çəkinin.

 

-Karbohidrat qəbulunuzu şəkərlə deyil, taxıl vasitəsilə almağa çalışın. Həmçinin lifli qidaları artırın.