Yüksək vəzifəyə təyin edilən Fərhad Adıgözəlov kimdir?-DOSYEbackend

Yüksək vəzifəyə təyin edilən Fərhad Adıgözəlov kimdir?-DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Fərhad Əsgər oğlu Adıgözəlov Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Tribunainfo.az-ın məlumatına görə, Fərhad Adıgözəlov bu təyinatadək Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsini icra edib.

1977-ci il təvəllüdlü F.Adıgözəlov 1999-cu  ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlayıb, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2020-ci ilin sentyabr ayından “Azərsığorta”ya sədr təyin edilənədək Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.