Xətaidə poliklinika həkimindən korona xəstəsinə və TƏBİB-ə saymazlıq…backend

Xətaidə poliklinika həkimindən korona xəstəsinə və TƏBİB-ə saymazlıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusa yoluxmuş bacım Xətai rayonu 6 nömrəli polikninikada Şəhanə adlı həkimlə danışıb. Özünü təqdim etdikdən sonra dərman ayrılma məsələsinin nə qədər real olduğunu soruşub”

TİA.Az xəbər verir ki, bunu jurnalist Rəfiqə Məmmədzadə yazıb. Onun sözlərinə görə, Şəhanə həkimin cavabı inanılmaz olub: “Xanım həkimin cavabını olduğunu kimi yazıram:
“Pay atonnan! İşə düşmüşük! Çoxbilmişə bax hələ! Sənə deyirəm ruçka vərəq götür nə deyirəmsə, yaz. Nə deyirəmsə, onu et! Artıq söhbət eləmə! Təbibə bax gör bizi nətər işə salır! Yoxdu dərman zad!”

Xəstə adamla belə danışarlar? Onsuz da yoluxmuş adam halsız olur, psixoloji durumu yaxşı olmur. Kimdi bu Şəhanə? Özünü nə hesab edir? Bu kimi həkimlərin bir yiyəsi var, ya yox? Bunları hara şikayət edək? Görəsən, Şəhanə xanım koronaviruslu doğmaları ilə də belə danışır, ya ancaq tanımadıqlarını qapır?”-deyə xəstə yaxını sual edib.

TİA.AZ