Xərçəngdən qorunmaqda təsirli olan 5 qidabackend

Xərçəngdən qorunmaqda təsirli olan 5 qida

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi qidalar xərçəng hüceyrələrinin bədəndən çıxarılmasında bədənin daxili dinamikasına daha çox dəstək verir. Bir çox ekspert xəbərdarlıq edir ki, bu qidalara həddindən artıq yüklənmədən süfrənizdə yer ayırın. Bəs hansı qidalar xərçənglə mübarizə aparır? Nə qədər tez-tez istehlak edilməlidir?

Təfərrüatlar Tribunainfo.az-da…

Çağımızın xəstəliyi olan xərçənglə mübarizədə sağlam və balanslı qidalanma böyük rol oynayır. Bu baxımdan bəzi qidalar var ki, orqanizmin immun sisteminə verdiyi töhfələrlə digərlərindən seçilir və bir deyil, bir neçə pillə irəlidə seçilir.

The Telegraph-a danışan ekspertlər də bu qidalara diqqət yetiriblər. Onlar, mədə, bağırsaq, döş, prostat və ağciyər xərçəngi riskini minimuma endirməyə kömək edən 6 qidaya diqqət çəkib.

MEYVƏ VƏ TƏRƏZƏZ (Gündə ən azı beş porsiya)

İspaniya, İtaliya və Yunanıstan kimi ölkələrdə ənənəvi qidalanma nümunələrinə əsaslanan bitki əsaslı qidalanma gündə ən azı beş porsiya meyvə və tərəvəzdən ibarətdir.

Nyukasl Universitetində qidalanma tədqiqatçısı Dr. Fiona Malkomson bunun sağlam bağırsaq mikrobiomunu saxlamağa kömək etdiyini və bağırsaq xərçəngi riskini azaldığını vurğulayır.

PAXLALILAR (Həftədə ən azı üç porsiya)

Noxud, mərcimək və lobya Aralıq dənizi pəhrizinin mərkəzindədir. Bir çox mütəxəssis həftədə ən azı üç dəfə istehlak edilməli olduğunu söyləyir.

Bu məhsullar liflə çox zəngindir. Bu, bağırsaqda yağ turşularının səviyyəsini artırmağa kömək edir, şişlərin inkişaf ehtimalını azaldır.

QOZ-FINDIQ (həftədə ən azı üç porsiya)

Mütəxəssislər xəbərdarlıq edir ki, badam , şam fıstığı və püstə kimi qoz-fındıqları həftədə üç dəfə bir ovuc istehlak etmək lazımdır.

Çünki bu qoz-fındıq antioksidantlarla zəngindir. Bir çox araşdırmalar göstərir ki, bu məhsullar oksidləşdirici stressi və DNT zədəsini azaltmaqla xərçəng riskini minimuma endirir.

Dr. Fiona Malkomson deyir: “Qoz-fındıq bizim Aralıq dənizi qidalarının qəbulunu artırmaq üçün əla fürsət verir. “Məsələn, bir paket çips almaq əvəzinə, badam və qoz kimi bir ovuc duzsuz qoz-fındıq istehlak etmək sizi xərçəngə qarşı çox qoruyacaq.

BALIQ ( həftədə ən azı üç porsiya)

Artıq hər kəsə məlumdur ki, balıq omeqa 3 yağ turşularının zəngin mənbəyidir. Omeqa 3 yağ turşularının şiş əmələ gəlməsini gecikdirdiyini göstərən bir çox araşdırma var. Xüsusilə sardina, skumbriya, qızılbalıq, turbot və tuna omeqa 3 ilə ən zəngin balıqlardır.

Dr. Fiona Malkomson deyib: “Böyük Britaniyada insanların çoxu az balıq istehlak edir. Ancaq həftədə ən azı üç porsiya balıq istehlak etmək çox zəruridir. Çünki balıq xərçənglə əlaqəli iltihab və hüceyrə böyüməsi kimi bioloji yollara faydalı təsir göstərir. Ən təsirli balıq somondur Konservləşdirilmiş ton balığı kimi variantlar da çox faydalıdır. “Xüsusilə qırmızı və işlənmiş ətlərin yerinə bu məhsulu dada bilərsiniz.

ZEYTUN YAĞI (gündə dörd dəfə 1 x.q)
Zeytun yağında olan alfa linolenik turşular müntəzəm istifadə edilərsə, bəzi xərçəng Növlərə qarşı qorunma təmin etdiyi bilinir.

Bundan əlavə, mütəxəssislər hər fürsətdə bildirirlər ki, zeytun yağı xərçənglə əlaqəli sərbəst radikallarla mübarizə aparan A, D, E və K vitaminlərinin yaxşı mənbəyidir.