Uzun illərdən sonra Cəbrayıla gedən Məlahət Abbasova ağladı – VİDEObackend

Uzun illərdən sonra Cəbrayıla gedən Məlahət Abbasova ağladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əməkdar incəsənət xadimi Məlahət Abbasova Cəbrayıl rayonuna yollanıb.
TİA.AZ xəbər verir ki, aktrisa doğulub boya-başa çatdığı rayonun Daşkəsən kəndində olub. Abbasova bu barədə instaqram hesabında məlumat verib.

Sənətçi izləyiciləri ilə bölüşdüyü görüntülərdə “Sənə şükürlər olsun, Allahım. 30 il işğal altında qalan anamın vətəni – Cəbrayıl rayonu, Daşkəsən kəndi. Bakı-Zəngilan dəmir yolu. Oturduğum yer anamgilin dağılmış evinin qapısıdır” sözlərini qeyd edərək doğma rayonu üçün illərdir çəkdiyi nisgilini dilə gətirib. Bu zaman Abbasova göz yaşlarına hakim ola bilməyib.
Ətraflı vidoeda: