Ukrayna ikinci Əfqanıstan olmayacaq – Zelenskibackend

Ukrayna ikinci Əfqanıstan olmayacaq – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukrayna döyüşür, oğul və qızlarını cəbhəyə göndərir”.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
 
O bildirib ki, bu, bütün Avropa, NATO və ABŞ üçün xərcləri azaldır:
“ABŞ ordusu NATO ölkələrini qorumaq üçün döyüşmək məcburiyyətində deyil, amma ukraynalılar bunu edir. ABŞ sadəcə yardım göstərir”.
Zelenskinin sözlərinə görə, ABŞ-ın yeni böyük yardım paketi Ukraynanın ikinci Əfqanıstan olmayacağına dair güclü siqnal verib:
“Bu yardım Ukraynanı gücləndirəcək və Kremlə güclü siqnal verəcək ki, ölkəmiz ikinci Əfqanıstan olmayacaq. ABŞ Ukraynanın yanında olacaq, ukraynalıları və demokratiyanı qoruyacaq”.
Yardım paketinin necə istifadə olunacağına diqqət çəkən Zelenski cəbhədəki əsgərlərə mümkün qədər tez yardım çatdırmağa ümid etdiklərini qeyd edib.
“Ukrayna həqiqətən ehtiyac duyduğumuz silah sistemini alsa, qalib gəlmək şansımız olacaq. Bu dəstək həqiqətən də silahlı qüvvələri gücləndirəcək”, – deyən Zelenski Ukraynanın prioritetlərinin uzaqmənzilli artilleriya və hava hücumundan müdafiə sistemləri olduğunu bildirib.