Ötən gecə Türkiyənin İzmir şəhərində baş verən zəlzələ sosial şəbəkə istifadəçilərinin canlı yayımına düşüb.
Yeraltı təkanlar sosial şəbəkə vasitəsi ilə canlı yayıma çıxan internet istifadəçilərinə qorxulu anlar yaşadıb.Qeyd edək ki, zəlzələnin episentri Egey dənizində olub. İzmir şəhərində zəlzələ 4,9 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində 64 nəfər zərər çəkib, xəsarət alan yeddi nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Məlumatda bildirilib ki, onların yaralanmasına səbəb yeraltı təkanlar zamanı həyəcanlanaraq özlərini binadan atmaları olub.