“Uber Azərbaycan”a yazılan cərimə protokolu aidiyyəti üzrə məhkəməyə göndərildi – QƏRAR

“Uber Azərbaycan”a yazılan cərimə protokolu aidiyyəti üzrə məhkəməyə göndərildi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Rayon Məhkəməsində “Uber Azərbaycan” MMC-nin barəsində tətbiq edilmiş cərimə protokolu üzrə qərardan verilən müraciətə baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə protokolun baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarıb.

Xatırlatma: “Uber Azərbaycan” MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü (Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.