Türkiyədə trend: Görün nədən dönər hazırladılar – FOTO

Türkiyədə trend: Görün nədən dönər hazırladılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk mətbəxinin qabaqcıl ləzzətlərindən biri olan dönər Ankarada ilk dəfə ahtapotla sınanıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, dəniz məhsulları restoranı işlədən iki aşpaz qardaş tuna balığından sonra ahtapotdan dönər hazırlayıb.

Restoranlarında türk mədəniyyətinin təamlarını dəniz məhsulları ilə uyğunlaşdıran aşpaz qardaşlar müştərilərə levrek, simit və tuna dönərindən sonra ahtapot dönəri təklif ediblər.

Ahtapotları əvvəlcə qaynar suda saxlayan, sonra isə dönər süfrəsində xüsusi yağ sousu ilə hazırlayan Gezen qardaşları təcrübələrindən uğurlu nəticə əldə ediblər.

Müsbət reaksiyalar aldıqlarını bildirən qardaşlar, “Keçən dəfə balıq dönərimizlə Türkiyənin gündəminə düşdük. Beləliklə, biz fərqli olaraq nə edə biləcəyimizi düşündük və ahtapot dönəri hazırlamaq fikrinə gəldik. Biz bunu həyata keçiririk və müştərilərimizə xidmət edirik”, – deyiblər.

Dəniz