Özündən 33 yaş kiçik sevgilisini öldürən müəllimələ bağlı qərar çıxarıldı

Özündən 33 yaş kiçik sevgilisini öldürən müəllimələ bağlı qərar çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 30 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.

E.Quliyev 1994-cü il təvəllüdlü tanışı, qeyri-rəsmi münasibətdə olduğu iddia edilən Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.

E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib.

O, polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsiylə ittiham elan olunub.