DİQQƏT! Dəm qazı yenə can alır: Necə qorunaq? – AÇIQLAMA

DİQQƏT! Dəm qazı yenə can alır: Necə qorunaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə dəm qazı hər il can alır. Həyatını itirənlərin sayı gündən-günə artır. Bəs, bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Bundan necə qorunmaq olar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, ümumiyyətlə qaz təsərrüfatı harada varsa orada təhlükəsizlik məsələsi ön planda olmalıdır. Qaz avadanlığı quraşdırılan yerdə dəm qazı əleyhinə detektor və qaz sızması əleyhinə detektor olmalıdır. Bu qanunvericilikdə də təsbit olunub. Təhlükəsizlik baxımdan da məqsədəuyğundur.

Ekspertin sözlərinə görə, dəm qazı əleyhinə olan detektor dəm qazı anında xüsusi səs siqnalı vasitəsilə məlumat verir və artıq onun qurbanına çevrilməkdən şəxs qorunmuş olur. Qaz sızması əleyhinə olan detektorda da eyni qaydada qaz sızan zaman klapan bağlanır və böyük bir faciənin qarşısı alınır.

“Qaz cihazı olan yerdə mütləq bu detektorlar quraşdırılmalıdır.
Digər məsələ isə ümumiyyətlə qaz təsərrüfatına dair olan təhlükəsizlik tələblərinə ciddi riayət edilməlidir. Qaz cihazı olan otağın kvadratı nəzərə alınmalıdır. Nəzərə alındıqda otaqda qazın yanması üçün kifayət qədər oksigen olmalıdır. Əgər oksigen olmazsa, tüstü-bacalar işlək vəziyyətdə olmazsa, standartlara cavab verməyən qaz sobaları olarsa, kənardan müdaxilələr olunarsa əlbəttə ki, belə olan halda yanma prosesi pozulacaq və nəticədə dəm qazı əmələ gələcək”.

DƏM QAZI NƏDƏN YARANIR?

“Dəm qazı natamam yanma məhsuludur. Yanma prosesi düzgün getmədikdə yaranır. Ona görə mütləq otaqda qaz cihazı quraşdırılıbsa o qazın yanması üçün kifayət qədər hava olmalıdır. Qaz cihazı quraşdırılan otaqda iki gözlü qaz peçi varsa otağın kvatratı minimum 8 kvadrat olmalıdır. Üç gözlü qaz peçi üçün 12 kvadrat olmalıdır. dörd gözlü qaz peçi üçün otağın kvadratı minimum 15 kvadrat olmalıdır. Bununla pararel olaraq otaqda nəfəslik, ventilyasiya işlək vəziyyətdə olmalıdır. Tüstü bacası olmalıdır və o da işlək vəziyyətdə olmalıdır. Bunlar hər biri eyni anda olarsa bunun qurbanına çevrilməkdən qorunmuş olursan. Dəm qazı əsasən hamam otaqlarında yaranır. Çünki hamam otaqlarında qaz cihazları var. Qaz cihazı varsa orada təhlükəsizlik də mütləq təmin olunmalıdır. Yəni mütləq şəkildə hamam otağının kvadratı nəzərə alınmalıdır. Minimum 7 kvadrat olmalıdır. Hündürlük 2.2 m olmalıdır. Əgər “pitminutka” deyilən qaz sobası quraşdırılıbsa tüstü bacası işlək vəziyyətdə olmalıdır. Nəfəslik və ventilyasiya olmalıdır.

Dəm qazından boğulma hallarının statistikasına baxsaq böyük əksəriyyət məhz düşür hamam otaqlarının payına. Təhlükəsizlik baxımından hamam otağında qaz cihazının quraşdırılması birmənalı olaraq yolverilməzdir”.

Dəniz Pənahova