Tramp kral Salmanı hədələdi: “Elə et ki, iki ay sonra da yerində olasan”backend

Tramp kral Salmanı hədələdi: “Elə et ki, iki ay sonra da yerində olasan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezident Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizi hədələyib.

Noyabr ayında keçiriləcək parlament seçkilərlə bağlı Missisipi ştatının Sautheyven şəhərində tərəfdarlarına səslənən Tramp “Kral Salmanı sevirəm. Lakin onunla görüş zamanı üzünə bunları dedim: “Bax, kral, biz səni qoruyuruq. Biz olmasaq heç iki ay da yerində dura bilməzsən. Ordunun xərclərini özün çək, ödəməyə də məcbursan”, – ifadələrinə yol verib.

Ağ Evin rəhbəri kral Salmana bu sözləri nə vaxt dediyini söyləməyib.

Müşahidəçilər iki ölkə liderinin ən son keçən həftənin şənbə günü görüşdüyünə diqqət çəkiblər.

Xatırladaq ki, Donald Tramp prezident kimi ilk xarici səyahətini məhz Səudiyyə Ərəbistanına gerçəkləşdirmişdi. Burada Ər Riyada 300 milyard dollarlıq silah satan prezident Tramp kralın oğlu Məhmməd ibn Salmanla da isti münasibətlər qurmuşdu.

Ekspertlər Trampın son sözlərinin ən çox hakimiyyət yolunda bütün qohum rəqiblərini sıradan çıxaran və onları həbs etdirərək pullaırnı əlindən alan Məhəmməd ibn Salmana zərbə vuracağını qeyd edirlər.

Musavat.com