Tramp Ina təşəkkürünü bildirdibackend

Tramp Ina təşəkkürünü bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ABŞ və Şimali Koreya liderləri arasında sammitin təşkilinə dair danışıqlar aparıldığını təsdiqləyib.

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, Tramp fikirlərini Twitter-də bölüşüb.

Tramp KXDR lideri Kim Çen Ina Şimali Koreya Əmək Partiyasının vahid cəbhəsinin rəhbəri Kim Yon Çxolu ABŞ-a göndərdiyi üçün təşəkkür edib.

Ağ ev rəhbəri bu addımı Şimali Koreya liderinin onun məktubuna cavabı kimi qiymətləndirib. O, məktubundə iyunun 12-də Sinqapurda keçiriləcək liderlər sammitində iştirakdan imtina etdiyini, gələcəkdə uyğun şərtlər daxilində görüşə biləcəklərini bildirmişdi.

“Biz Şimali Koreya ilə birlikdə danışıqlar üçün əla bir komanda yaratdıq. Hazırda həmin sammitə hazırlıq üçün görüşlər davam edir. Şimali Koreyanın vitse-prezidenti Kim Yon Çxol Nyu Yorka gəlir. Məktubuma canlı cavab, təşəkkürlər!”