Keşiş Bakıdakı separatçıları müdafiə etdibackend

Keşiş Bakıdakı separatçıları müdafiə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifətini ətrafına toplayan, “Vətən üçün Tavuş” hərəkatı yaradan keşiş Baqrat Qalstyan Qarabağdakı separatçıların rəhbərlərinin həbsdə qalmasını “erməni xalqını təhqir etmək” adlandırıb. Tribunainfo.az xəbər verir ki, erməni kilsəsinin nümayəndəsi Arkadi Qukasyanı, Bako Saakyanı, Ruben Vardanyanı, Araik Harutyanı və digərlərini “erməni xalqının qəhrəmanı” hesab edir.
O deyib ki, Bakıda həbsdə olan erməni terrorçuların azad edilməsi üçün mübarizə aparmaq lazımdır. “Bakıda həbsdə olanlar bizim şərəf məsələmizdir. Onları azad etməliyik. Ermənista hakimiyyəti heç bir addım atmır. Onlar həbsdə qaldıqca, biz ermənilərin şərəfi tapdanmış olur”.
P.S. Keşiş Baqrat özünü çox “şərəfli” hesab edir. Görünür, Kanadadakı erməni kilsəsini girov qoyub, kredit götürdükdən sonra Ermənistana qaçmağı da həmin “şərəfin” tərkib hissəsi hesab edir.
Qslfı, Bakıda həbsdə olan terrorçuların ermənilərin şərəf məsələsi olmasına, Baqrat etiraf edir ki, onların “ən şərəfliləri” elə terrorçudur.